RU

Polis Yevlaxda əməliyyat keçirdi, 4 nəfər saxlandı

Image

Yevlaxda polisin keçirdiyi tədbirlər zamanı 4 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilir.

Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar nəticəsində Vüsal Əliyev, Ruslan Xəlilov, Rövşən Məmmədov və Natiq Bəkirov saxlanılıblar. Həmin şəxslərdən 5 kiloqrama yaxın marixuana və tiryək aşkarlanaraq götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

ZÜMRÜD





Избранный
24
2
baki-xeber.com

3Источники