NATO-nun keçmiş baş katibi və Norveçin keçmiş baş naziri Yens Stoltenberq ölkənin yeni maliyyə naziri olub. Yeniavaz.com xəbər verir ki, Norveçin yeni kabinetinin tərkibini Norveçin baş naziri və Stoltenberqin keçmiş müttəfiqi Yonas Qar Styore məlumat verib. Styore hakim koalisiyanın dağılmasından sonra kabinetində dəyişiklik etmək məcburiyyətində qalıb. Belə ki, ötən həftə maliyyə naziri Tryuqve Vedumun rəhbərlik etdiyi Mərkəz Partiyası sosial demokratlarla əməkdaşlığa son verdiyini açıqlayıb.