RU

“Çempionatdan avrokuboklara getməyimiz real görünmür” – “Neftçi”nin hücumçusu

“Şamaxı” oyununda çətin olsa da, qələbə qazandıq. Kubok görüşündən əvvəl qalib gəlmək istəyirdik. Bu, qarşıdakı oyunda bizim üçün ikiqat motivasiyadır. Digər matçlara baxanda “Şamaxı”ya qarşı yaxşı oymamışdıq. Əslində hər oyun meydana qələbə üçün çıxırıq. Sadəcə bəzi məqamlarda bəxtimiz gətirmir, epizodları dəyərləndirə bilmirik. Buraxılan qolların əksəriyyəti öz səhvlərimizdi. Hardasa şansızlıq olur. Ard-arda bir neçə qələbə qazana bilsək, hər şey yoluna düşəcək. Yaxın gələcəkdə hamı isdəyini “Neftçi”ni görəcək”.

Bu sözləri İdmanxeber.az saytına “Nefçti”nin hücumçusu Ağadadaş Salyanski Premyer Liqanın son turunda “Şamaxı” üzərində qazanılan qələbə (1:0) barədə danışarkən deyib. O, “Kəpəz”lə keçiriləcək Azərbaycan Kuboku oyunu haqda da danışıb:

“Açığı, turni cədvəlində yaxşı yerdə deyilik. Çempionatdan avrokuboklara getməyimiz real görünmür. Amma bizim kubok hədəfimiz var. Onu qazanmaq istəyirik. Bütün komanda olaraq qarşımıza bu hədəfi qoymuşuq. Maksimum hazırlaşıb “Kəpəz” oyununda qələbə qazanacağıq. Mövsüm sonunda kuboku qazanmaq istəyirik. Bu matçın ardından bizi çətin “Zirə” oyunu gözəyir. Onlarla son görüşdə qələbə qazanmışdıq. Həmin matçı da yaxşı keçirmişdik. Yenə o cür hazırlanacağıq. Öncə qarşıda “Kəpəz” görüşü var, sonra “Zirə”ni düşünəcəyik”.

Gənc futbolçu ara-sıra mətbuatda özü barəsində çıxan transfer xəbərlərinə də münasibət bildirib: “Neftçi” ilə müqaviləm var. Ən azı yaya kimi klubda qalmağı düşünürəm. Çıxan xəbərlər həqiqəti əks etdirmir. Mövsüm sonuna qədər komandaya faydalı olmağa çalışacam”.

21 yaşlı futbolçu Premyer Liqada legioner limitinin ləğv olması barədə də fikrini bildirib: “Açıq desəm, heç bunun tərəfdarı deyildim. Çox adam da mənimlə razılaşar. Çünki mənim kimi gənc futbolçuların kənarda qalmasını heç kim istəməz”.

Həsən Quluzadə

 

Избранный
8
idmanxeber.az

1Источники