RU

İspaniyalı yarımmüdafiəçi "Real"ı seçib

İspaniya milli komandasının və “Real Sosyedad”ın yarımmüdafiəçisi Martin Zubimendi karyerasını harada davam etdirəcəyinə qərar verib.

90deqiqe.Az "Todofichajes"ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu yayda klub dəyişəcək.

Zubimendi "Real Madrid"ə keçməyə qərar verib.

İspan futbolçunun transfer dəyəri 60 milyon avro qiymətləndirilir və onunla əmək müqaviləsi 2027-ci ilin ortalarına kimi hesablanıb. O, 2020-ci ilin sentyabrından "Real Sosyedad"da çıxış edir. Martin İspaniya çempionatının cari mövsümündə 21 oyun keçirib. Yarımmüdafiəçi qol vurub və məhsuldar ötürmə edib.

Избранный
5
90deqiqe.az

1Источники