RU

“Paşinyanın açıqlamaları və Ermənistanın mövqeyi heç bir ciddi əhəmiyyət daşımır”-ŞƏRH

“Ermənistan baş naziri Nikol Paşinyanın indiyə kimi verdiyi açıqlamalar böyük ölçüdə siyasi manipulyasiyalardan ibarətdir. Ermənistan çətinə düşdükdə dərhal bəzi məsələlərdə geriyə addım atmış kimi görünən açıqlamalar verir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Politoloq bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalar və ümumiyyətlə Ermənistanın mövqeyi və siyasi iradəsi heç bir əhəmiyyət daşımır:

“Ermənistan geopolitik müstəmləkə olduğuna görə, ABŞ, Avropa Birliyi və Fransadan hansı tapşırıq yaxud əmr gələcəksə, Paşinyan hakimiyyəti də mütləq həmin təlimat və əmrləri icra etməli olacaq. Ona görə də Paşinyan hakimiyyətinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, yekun sülh sazişinin məzmunu barədə fikirlərinin elə də ciddi əhəmiyyəti yoxdur. Çünki bütün bunları Ermənistan əvəzinə Qərbdə həll edirlər”.

E.Xalidbəylinin sözlərinə görə, Paşinyan Ermənistanın Zəngəzur dəhlizi üzərindəki yurisdiksiyasının nədən ibarət olması barədə geniş izahat verə bilmir: ” O sadəcə boş söz yığınından ibarət cümlələr qurmaqla məşğuldur. Ermənistanın yurisdiksiyası Azərbaycandan Azərbaycana daşınan yüklərin yoxlanılması səviyyəsində ola bilməz. Rəsmi Bakının şərti ondan ibarətdir ki, Azərbaycanın materik hissəsindən Naxçıvana daşınan yüklər və ora səfər edən Azərbaycan vətəndaşları heç bir yoxlamadan keçirilməməlidir. Çünki onlar Azərbaycan ərazisindən Azərbaycan ərazisinə səfər edirlər. Bu baxımdan Ermənistan baş naziri yurisdiksiya dedikdə nəyi nəzərdə tutursa, bunu açıq şəkildə ifadə etməlidir. Halbuki o buna qətiyyən həvəs göstərmir. Çünki Ermənistan və Paşinyan hakimiyyətinə sərf edir ki, situasiya hər zaman qarışıq qalsın, mübahisəli məsələlər hər zaman ön planda yer alsın və bu qəliz situasiyadan Ermənistan manipulyasiyalar üçün istifadə edə bilsin”.

//Gülnarə Abasova, Editor.az

Избранный
3
editor.az

1Источники