RU

İnsult keçirən Fatma Mahmudovanın səhhəti necədir? - AÇIQLAMA

İnsult keçirən Xalq artisti Fatma Mahmudovanın müalicəsi hazırda davam edir. 

 

Bu barədə Pravda.az-a aktrisanın qızı Nigar Tofiq məlumat verib. 

 

“Anam indi də “İstanbul NS” klinikasındadır. Yaxşı olacaq”,- o bildirib. 

 

Xatırlatma: Xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək “İstanbul NS” klinikasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, bir neçə gündür, palataya köçürülüb. 

 

Aytəkin Qardaşova 

Tarix: 4 Fevral 2025, 14:27   
Избранный
8
4
pravda.az

5Источники