RU

ABŞ-nin internet nəhəngi "Google" Çinin hədəfinə düşüb

Çin və ABŞ arasında artan iqtisadi və texnoloji rəqabətin və ticarət gərginliyinin son qurbanlarından biri dünyanın ən böyük internet şirkətlərindən biri olan "Google" olub.

Çinin Dövlət Bazar Tənzimləmə İdarəsi antiinhisar qaydalarını pozduğu üçün "Google"a qarşı araşdırma başlatdığını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Çinə tətbiq etdiyi əlavə 10 faizlik gömrük rüsumlarına cavab olaraq Pekin administrasiyası tərəfindən görülən bir sıra ehtiyat tədbirləri ilə birlikdə şirkətlə bağlı araşdırma elan edilib.

"Google"un hansı hərəkətlərə görə araşdırıldığı hələlik açıqlanmayıb.

İnternetdə ciddi məzmun nəzarətinin həyata keçirildiyi Çində "Google"un əsas biznesinə, axtarış sisteminə və digər xidmətlərə giriş bloklanıb.

Şirkət Çindəki əsas biznesini 2010-cu ildə bitirsə də, hələ də xaricdə reklam satışından gəlir əldə edir.

Избранный
18
27
operativmedia.az

10Источники