RU

Üç rayonda su olmayacaq

Üç

Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.

1news.az xəbər verir ki, bu barədə ADSEA məlumat yayıb.

“İşlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək”, - məlumatda bildirilib.

Избранный
30
42
1news.az

10Источники