RU

Şagirdlər üçün fövqəladə hallarla bağlı təlimlər keçirilib

Sumqayıt şəhəri Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbdə Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin əməkdaşları tərəfindən məktəb kollektivi və şagirdlər üçün “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda nəzəri və praktiki təlimlər təşkil edilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi şagirdlərə fövqəladə hallar zamanı təhlükəsiz davranış qaydalarını öyrətmək, onların bu sahədə bilik və bacarıqlarını artırmaqdır. Tədbir zamanı şagirdlərə yanğın, zəlzələ, sel və digər təbii və texnogen hadisələr zamanı necə davranmalı olduqları ətraflı izah edilib. Onlara ilkin tibbi yardım göstərmək, təhlükəli vəziyyətlərdə təmkinli və düzgün qərar vermək, fövqəladə hallar zamanı təxliyə qaydalarına əməl etmək kimi vacib bacarıqlar aşılanıb.Təlimin praktiki hissəsində şagirdlər real vəziyyətlərdə təhlükəsiz davranış qaydalarını tətbiq edərək müxtəlif fövqəladə hallara qarşı hazırlıqlarını sınayıblar. Qeyd edək ki, belə tədbirlər məktəblilərin həyati bacarıqlarını artırmaqla yanaşı, onların təhlükəsizliyini təmin etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Избранный
21
tehsil.biz

1Источники