RU

Politoloq: Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik pik hədd çatır...

Azərbaycan mülki təyyarəsinin vurulmasından sonra Azərbaycan-Rusiya münasibətlərinin kəskin gərginləşməsi hiss olunur...

Samir Hümbətov: “Rusiya tərəfi Azərbaycan mülki təyyarəsinin vurulması məsələsinə saymazyana yanaşır. Bununla da, ya Rusiya Azərbaycana qarşı olan münasibətini açıq bəlli edir, ya da özünü hegemon hesab edir”.

“Məsələ burasındadır ki, Qazaxıstanın təyyarə qəzası ilə bağlı hesabatı açıqlayıb-açıqlamasından asılı olaraq onsuz da, Rusiya-Azərbaycan münasibətləri gərgindir”.

Bu sözləri politoloq Samir Hümbətov Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginliyi Poliqon-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi, Azərbaycan mülki təyyarəsinin vurulmasından sonra Azərbaycan-Rusiya münasibətlərinin kəskin gərginləşməsi hiss olunur. Bu gün isə Qazaxıstan tərəfinin qəza ilə bağlı hesabatının açıqlanacağı gözlənilir.

Bu hesabatın açıqlanmasından sonra Rusiya-Azərbaycan münasibətlərinin inkişafını necə proqnoz etmək olar?

Mövzunu Poliqon-un əməkdaşı Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətov ilə müzakirə edib.

Samir Hümbətov: “Rusiya tərəfi geri addım atıb, üzrxahlıq edib, təzminat ödəyib, günakarhların cəzalandırılması ilə bağlı qərar verməsə, münasibətlər daha da gərginləşə bilər”.

Azərbaycanla Rusiya arasında müharibənin olması ehtimalını inkar edən politoloq Poliqon-a bildirib ki, hər halda bu gərginlik daha da artan xətt üzrə davam edəcək:

“Artıq Azərbaycan-Rusiya münasibətləri çox gərgin görünür. Hiss olunur ki, bu münasibətlər getdikcə gərginləşəcək. Çünki Rusiya tərəfi Azərbaycan mülki təyyarəsinin vurulması məsələsinə saymazyana yanaşır. Bununla da, ya Rusiya Azərbaycana qarşı olan münasibətini açıq bəlli edir, ya da özünü hegemon hesab edir. Bunun səbəbini Rusiya tərəfinin özü yaxşı bilir.

Məsələ burasındadır ki, Qazaxıstanın təyyarə qəzası ilə bağlı hesabatı açıqlayıb-açıqlamasından asılı olaraq onsuz da, Rusiya-Azərbaycan münasibətləri gərgindir. Yəni, Rusiya-Azərbaycan münasibətlərindəki gərginlik pik hədd çatır. Azərbaycanla Rusiya arasında müharibənin olması ehtimalı azdır. Amma hər halda bu gərginlik daha da artan xətt üzrə davam edəcək.

Hesab edirəm ki, Rusiya tərəfi geri addım atıb, üzrxahlıq edib, təzminat ödəyib, günahkarların cəzalandırılması ilə bağlı qərar verməsə, münasibətlər daha da gərginləşə bilər”.

Nərminə UMUDLU
Poliqon.info

Избранный
4
1
poliqon.info

2Источники