RU

ABB-nin digər banklardakı depozitləri kəskin azalıb - Milyarddan çox azalma

“Azərbaycan Beynəlxalq Bank”ın (ABB) 2024-cü ildə banklar və digər maliyyə institutlarındakı depozitlərinin dəyəri 393 milyon 174 min manat olub.

Valyuta.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 78,6% və ya 1 milyon 452 min 4 manat azdır. 

2023-cü ildə ABB-nin banklar və digər maliyyə institutlarındakı depozitlərinin dəyəri 1 milyard 845 milyon 788 min manat olub. 

Bununla yanaşı, ABB-nin banklar və digər maliyyə institutlarına verilən kreditlərin dəyəri 19 milyon 808 min manat təşkil edib ki, bu da 2023-cü ilin sonu ilə müqayisədə 3 milyon 676 min manat və ya 15,6% azdır.

2023-cü ilin sonunda ABB-nin banklar və digər maliyyə institutlarına verilən kreditlərin dəyəri 23 milyon 484 min manat təşkil edib. 

Qeyd edək ki, bank ötən ili 293,7 milyon manat xalis mənfəətlə bitirib. Bu isə 2023-cü ilə nisbətən 9% və ya 28,5 mln. manat azdır. Bank 2023-cü ili 322,3 milyon manat xalis mənfəətlə bitirib. 

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 88,54 %-i Maliyyə Nazirliyinə, 3,64 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,22 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 7,6 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Избранный
2
valyuta.az

1Источники