Suriyanın ilk xarici səfərini Səudiyyə Ərəbistanına edən müvəqqəti Prezidenti Əhməd əl-Şaraa həyat yoldaşı Lətifə ilə Məkkəyə Həcc ziyarətinə gedib.
“Cebheinfo.az” xəbər verir ki, ziyarət zamanı Əhməd əl- Şaraanın həyat yoldaşı ilk dəfə görüntülənib. Qeyd edək ki, Həcc ziyarəti zamanı əl-Şaraanı Suriyanın xarici işlər naziri Əsəd Şeybani də müşayiət edib.