RU

Kəngərli rayonunda 2 top mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polisəməkdaşları tərəfindən Kəngərli rayonu, Yeni Kərki kəndi ərazisindəhərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Trend xəbər verir ki, məlumatla əlaqədar dərhalNaxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyininpirotexnikləri hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatların 1 ədəd 120 mm-lik və 1 ədəd 110mm-lik qəlpəli top mərmisi olduğu müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçünərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Kəngərli
Kəngərli
Məqalədə:
Избранный
11
47
az.trend.az

10Источники