Bu sözləri Demokrat.az-açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib
"İctimaiyyətdə artıq evlərin dayanıqsız olması ilə bağlı fikirlər yarandı. Bundan sonra maklerlər tikintiyə müəyyən düzəlişlər etməyə başladılar. Ancaq həmin evlərin müvafiq qaydalara uyğun şəkildə tikilib satılması gəlir gətirmir. Evləri müvafiq qaydalara uyğun tikmək, yaxşı təmir etmək, keyfiyyətli materiallar istifadə etmək satan adama yaxşı gəlir gətirmir. Ancaq tikinti şirkətlərinə bunu etmək sərf edə bilər. Çünki onlar məhsulları bazardan topdan satış qiymətinə alırlar. Fərdi qaydada tikinti zamanı ev baha başa gəlir. Bu da biznes maraqları baxımından sərf etmir. İmkanı olmayan, nə olursa olsun ev sahibi olmaq istəyən təbəqə bu cür və sənədsiz evlərə üz tutur. Maklerlər fürsətdən istifadə edib həmin evləri təklif edərək gəlir əldə edir. Tikintinin təhlükəsizliyini gücləndirmək lazımdır. Böyük çərçivədə bu işlər dövlət orqanları tərəfindən həyata keçirilir. Bu baxımdan vəziyyət qənaətbəxşdir. Fərdi tikililərdə isə nəzarət yoxdur. Təhlükəsizliyi təmin etmək üçün bu cür evlərə də nəzarət etmək lazımdır".
O bildirib ki, birmənalı şəkildə fərdi qaydada tikilən evlərin hamısını qaralamaq da düzgün deyil:
"Hər biri yoxlanlmalı, qüsur tapılmalıdır. Kimsə evi yaxşı tikirsə və az gəlirə qane olursa, bunu yalnız alqışlamaq lazımdır. Evlərin etibarlılığı yalnız araşdırma aparılaraq dəqiqləşdirilə bilər. Uzaqdan-uzağa bütün evləri qaralamaq doğru olmaz".
Əfsanə Kamal
Demokrat.az