RU

Tacikistanda həbsxanada iğtişaş baş verib, ölənlər var

Bakı, 4 fevral, AZƏRTAC

Tacikistanda cəzaçəkmə müəssisəsində iğtişaş baş verib. Həbsxanadan qaçmağa cəhd edən azı beş məhbus həlak olub, üç mühafizəçi isə yaralanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, insident paytaxt Düşənbədən təxminən 20 kilometr şərqdə yerləşən Vəhdət şəhərindəki həbsxanada baş verib. Əldə düzəldilmiş bıçaqlarla silahlanmış doqquz məhbus qaçaraq mühafizəçiləri öldürməyə çalışıb.

Nazirlikdən verilən məlumata görə, hücum nəticəsində yaralanan mühafizəçilərin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qeyd edək ki, Tacikistanda 2019-cu ildə oxşar həbsxana iğtişaşında 29 məhbus və üç mühafizəçi, 2018-ci ildə isə 21 məhbus və iki mühafizəçi ölüb.

Избранный
13
1
azertag.az

2Источники