RU

Almaniyanın keçmiş kansleri xəstəxanaya yerləşdirildi


Almaniyanın keçmiş kansleri Cerard Şröder tükənmişlik sindromu diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə DPA agentliyi Şröderi müalicə edən həkimə istinadla məlumat yayıb.
“Cənab Şröder şiddətli tükənmə sindromundan əziyyət çəkir. Bundan əlavə, onun konsentrasiya və yaddaşla bağlı çətinlikləri, həmçinin yuxu pozğunluqları var”, - deyə həkim qeyd edib.
O, həmçinin keçmiş kanslerdə “emosional sabitliyin azalmasına” da işarə edib.
Həkimin sözlərinə görə, siyasətçinin vəziyyəti o qədər ağırdır ki, həkim məsləhəti ilə o, kliniki müalicəyə göndərilib.
Избранный
15
yeniavaz.com

1Источники