RU

İtaliya sahillərində 130 miqrant xilas edilib

İtaliyanın sahil mühafizə xidmətinin əməkdaşları fırtınalı dənizdə 130 miqrantı xilas ediblər.

Fins.az xəbər verir ki, sahil mühafizə xidmətinin iki patrul gəmisi ölkənin cənubundakı Kalabriya regionunun Krotone şəhərindən 110 mil cənubda şiddətli fırtınada balıqçı qayığı aşkarlayıb. Xilasedicilər leysan yağışları və 6 metr hündürlüyündə dalğalarla mübarizə aparıb, açıq dənizdə təhlükəli xilasetmə əməliyyatı həyata keçiriblər. Ümumilikdə 7 saat davam edən əməliyyat nəticəsində miqrantlar patrul gəmilərinə təhlükəsiz şəkildə köçürülüb və limana çatdırılıb, onlara təcili yardım xidmətləri göstərilib.

Qayığın yanvarın 30-da Türkiyədən yola düşdüyü bildirilib. Sərnişinlər əsasən Əfqanıstan, İran, İraq və Pakistan vətəndaşları olub.

Избранный
19
4
fins.az

5Источники