Nərimanov rayonunda mağazalardan oğurluq edən şəxslər saxlanılıb.
Nərimanov rayonu ərazisində yerləşən mağazalardan 214 manat pul, 2 ədəd mobil telefon, 2457 manat dəyərində spirtli içkilər oğurlanması barədə polisə məlumat daxil olub.
DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı B.Əbilov və 34 yaşlı S.Qasımov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.