RU

Aqil Abbas üzr istəyib: "O söz parlamentdə deyilməməli idi"

Aqil

Deputat Aqil Abbasın Milli Məclisin fevralın 3-də keçirilən plenar iclasında etdiyi çıxış müzakirələrə səbəb olub.[/b]

O, "arvad boğuşması" ifadəsini səsləndirməsinə görə Milli Məclisin sədri Sahibə Qafarovanın iradına tuş gəlib.

Milli Məclisin spikeri Sahibə Qafarova Aqil Abbasa irad bildirərək, "arvad boğuşması, arvad davası, bu, parlament sözüdür?" - deyə soruşub.

[b]Reyting.az 
xəbər verir ki, Globalinfo.az-a danışan Aqil Abbas spikerin haqlı irad bildirdiyini qeyd edib:

"Əslində, Sahibə xanım düz deyir. İradı normal qəbul edirəm. Doğrudan da, o söz parlamentdə deyilməli deyildi. Sadəcə, çıxış zamanı fikrimi yazıçı kimi dilə gətirmişəm. Mənim o sözümü təhqir bilənlərdən üzr istəyirəm".

Xatırladaq ki, "arvad" sözü vaxtaşırı narazılığa, tənqidə səbəb olur.
Избранный
17
32
reyting.az

10Источники