RU

Kanye Uest arvadının "Grammy"dəki geyiminə görə 20 milyon dollar itirə bilər

Amerikalı reper Kanye Uest həyat yoldaşı Bianka Çensorinin "Grammy" mükafatlandırma mərasimində "çılpaq" geyiminə görə ən azı 20 milyon dollar itirə bilər. 

Qaziler.az xəbər verir ki, bu barədə Yaponiyadakı mənbələrə istinadən “Daily Mail” məlumat yayıb.

İnsayder iddia edir ki, reper Yaponiyadakı şouda qazanılacaq 20 milyon dollarlıq müqaviləni “Grammy”dəki davranışına görə itirib.

Mənbənin sözlərinə görə, Kanye qarşısına çıxan hər fürsəti əldən verir və onun hərəkətləri Yaponiyada şok effekti yaradıb.

Qeyd edilib ki, sənətçi may ayında Tokiodakı “Tokyo Dome”da iki konsert verməli idi. İndi yapon təşkilatçılar onunla müqavilənin şərtlərinə yenidən baxırlar.

Qeyd edək ki, Bianka Çensori “Grammy”nin qırmızı xalçasına xəz paltoda və altında alt paltarı olmayan tamamilə şəffaf paltarda çıxıb. İddiaya görə, Kanye Uest fotoqraflara poza verərkən həyat yoldaşına xəz paltosunu çıxarmağı əmr edib və onu demək olar ki, çılpaq qoyub. Bundan sonra cütlük tədbirdən qovulub.

QAZİLER.AZ

Избранный
20
qaziler.az

1Источники