RU

Kim Çen In Lukaşenkonu seçkilərdəki qələbəsi münasibətilə təbrik edib

Şimali Koreya lideri Kim Çen In yanvarın 26-da Belarusda keçirilən prezident seçkilərində qalib gələn Aleksandr Lukaşenkonu təbrik edib və ölkələr arasında əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu məlumatı Belarus liderinin mətbuat xidməti yayıb.

"Yenidən Belarus Respublikasının Prezidenti seçilməyiniz münasibətilə sizi təbrik edirəm. Fürsətdən istifadə edərək, Koreya Xalq Demokratik Respublikası ilə Belarus Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə ümidlərimi bildirirəm",- deyə o qeyd edib.

Lukaşenkoya Keniya prezidenti Uilyam Rutodan da seçkilərdə qələbəsi münasibətilə təbriklər gəlib. Ruto xalqların rifahı naminə ölkələr arasında ikitərəfli münasibətlərin və dostluğun daha da möhkəmləndirilməsi üçün sıx əməkdaşlığı davam etdirmək arzusunda olduğunu bildirib.

Избранный
10
operativmm.az

1Источники