RU

İranın dəyişən siyasəti: Bakı ilə yaxınlaşmanın səbəbləri– ÖZƏL

"Açıq demək lazımdır ki, son günlərdə Azərbaycan-İran münasibətlərindəki yeni dinamikanın səbəbi İranın demək olar ki, çıxılmaz vəziyyətlə qarşı-qarşıya qalmasından qaynaqlanır.
Uzun illər ərzində Ermənistanın ayaqda qalmasında əlindən gələni əsirgəməyən, separatçı rejimə dəstək nümayiş etdirən, İkinci Qarabağ savaşından sonra Zəngəzur dəhlizi əleyhinə çıxan, ayrı-ayrı deputatlar, din xadimləri və media quruluşları vasitəsilə Azərbaycana qarşı kampaniya aparan bir dövlət olaraq İran indi sözün əsl mənasında mürəkəb vəziyyətlə üz-üzədir".


Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Müttəfiqi olan Rusiya ilə imzaladığı sazişdə arzuladığı nəticəni əldə edə bilməməsi, rəsmi Moskvanın İrana mümkün strateji təhdidlərdə müştərək müdafiə öhdəlikləri götürməməsi, digər müttəfiqi Ermənistanın ABŞ-la strateji tərəfdaşlıq haqqında Xartiya imzalaması və Avropa İttifaqına üzvlüklə bağlı prosedurlara başlaması, bir sözlə üzünü Qərbə, yəni İranın özünə düşmən etdiyi güclərə çevirməsi, eləcə də Yaxşın Şərq siyasətinin iflasa uğraması və ABŞ-İsrail təzyiqinin artması İranı Azərbaycanla bağlı siyasətində düzəlişlər etməyə sövq edib. Bir sözlə İran Azərbaycanla münasibətləri qaydaya salmağa çalışır. Tehranın son zamanlar Bakının tələblərini yerinə yetirməsi, hətta bəzi məsələlərdə güzəştə getməsi bunu deməyə əsas verir.
Təbii ki, indiki mərhələdə İranla münasibətlərin düzəlməsi bizim də maraqlarımıza cavab verir. Xüsusilə də Zəngəzur dəhlizi prossesindəki İran maneəsinin aradan qaldırılması baxımından münasibətlərin yaxşılaşması olduqca vacibdir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
18
olaylar.az

1Источники