Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım göstərilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində növbəti qanvermə aksiyası keçirilib.
Bu barədə Publika.az-a Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “Respublika Qan Bankı” publik hüquqi şəxsin xüsusi tibb briqadasının həkim hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı yoxlanıldıqdan sonra onlardan qan götürülüb.