![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/4/1/dabf8927-a16c-4eab-bfc1-0c1d5b28938a/ehmed-el-sera-letife-el-sera.jpg)
Məlum olduğu kimi, ötən bazar günü Suriyanın müvəqqəti prezidenti Əhməd Əl-Şəra ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib.
Yeniavaz.com xəbər verir ki, Ər-Riyaddakı təmaslarından sonra paytaxtı tərk edən Əhməd əl-Şəra həyat yoldaşı Lətifə Əl-Şəra ilə Məkkəyə gələrək Ümrə ziyarətini yerinə yetirib.
Ümrə ziyarəti zamanı əl-Şəranı həyat yoldaşı Lətifə Əl-Şəra və Suriyanın xarici işlər naziri Əsəd Şeybani müşayiət edib. Bununla da, Suriyanın birinci xanımı ilk dəfə görüntülənib.
Qeyd edək ki, Lətifə Əl-Şəra Hümsdən olan Əlaəddin Paşa bin Əbdülhəmid Paşa əd-Darubinin nəvəsidir.