Ağ Evin mətbuat katibi Kerolayn Livitt (Karoline Leavitt) jurnalistlərə USAID-in fəaliyyətində nəyin Tramp Administrasiyasını qane etmədiyini açıqlayıb. O, USAID-in vəsait ayırdığı proqramları sadalayıb:
Serbiyada irqi müxtəliflik və bərabərlik proqramı - 1,5 mld. dollar;
Kolumbiyada "transgender operasının" səhnələşdirilməsi - 47 min dollar;
Peruda transgenderlər haqqında komikslərin buraxılması - 32 min dollar.
O, bunu vəsaitin səmərəsiz xərclənməsinin nümunəsi adlandırıb.
Sonradan Ağ Evin mətbuat xidməti bəyanat yayaraq, USAID-i "Əfqanıstanda tiryək xaşxaşının yetişdirilməsinin və heroin istehsalının dəstəklənməsinə "yüz milyonlarla dollar", həmçinin "Suriyada terrorçu "Əl-Qaidə" qruplaşması ilə əlaqəsi olan döyüşçülər" üçün ərzaq alınmasına "yüz minlərlə dollar" xərcləməkdə ittiham edib.