Bakıda mağazalardan oğurluqda şübhəli bilinən şəxslər saxlanıldı
Nərimanov rayonu ərazisində yerləşən mağazalardan 214 manat pul, 2 ədəd mobil telefon, 2457 manat dəyərində spirtli içkilər oğurlanması barədə polisə məlumat daxil olub.1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı B.Əbilov və 34 yaşlı S.Qasımov müəyyən olunaraq saxlanılıblar.