RU

"Kriştiano, mənim üçün ən yaxşısı idi"

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Real Madrid"in keçmiş forvardı və hazırkı Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldonun tarixin ən yaxşı futbolçusu olub-olmaması ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Sport.es" italyan çalışdırıcının dediklərini belə çatdırıb.

"Kriştiano bir dövrü simvollaşdırır, mənim üçün o, ən yaxşısı idi. O, vurduğu qollarla “Real Madrid”in ehtiyat oyunçular skamyasında sakit qalmağıma kömək edirdi."

Xatırladaq ki, Ronaldo beş dəfə Çempionlar Liqasının qalibi, beş dəfə isə “Qızıl top” mükafatını qazanıb. Dünən “Əl-Nasr”ın heyətində keçirilən oyunda iki qol vuran portuqaliyalı peşəkar karyerasında vurduğu qolların sayını 923-ə çatdırıb.

Избранный
14
90deqiqe.az

1Источники