RU

Ərdoğan Misirin xarici işlər nazirilə Qəzzanı müzakirə edib

Bakı,TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfər çərçivəsində Ankarada olan Misirin xarici işlər naziri Bədr Əbdülətini qəbul edib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasındakı siyasi və iqtisadi münasibətlər, regional məsələlər və Qəzzadakı vəziyyət müzakirə edilib.

Tərəflər xüsusilə Qəzzada atəşkəsin təmin edilməsi və humanitar yardım məsələlərində birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Misirli nazirin Türkiyəyə səfəri çərçivəsində digər yüksək səviyyəli görüşlər keçirməsi də gözlənilir.

Избранный
10
turkic.world

1Источники