Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Qədir Aslanlı deyib.
"ABŞ Ermənistanla imzalanan xartiya ilə məsələyə qoşulacaq, Rusiyanın çıxarılmasına çalışacaq. Ermənistan İran-Ermənistan, Ermənistan-Azərbaycan sərhəddindən rusların tamamilə çıxarılmasını gözləyir. Ümumiyyətlə, Zəngəzur dəhlizi üzərində rus əsgərinin çəkməsi olmamalıdır".
O bildirib ki, proses tam yekunlaşdıqdan sonra Azərbaycanla Ermənistan arasında anidən "dil" tapıldığını müşahidə edəcəyik:
"Artıq Ermənistan tərəfi dəmir yolu ilə bağlı təklif irəli sürüb. Böyük ehtimalla onunla bağlı razılıq əldə oluna bilər".
Əfsanə Kamal
Demokrat.az