RU

Azərbaycan IMF ilə iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılmasını müzakirə edib

Mikayıl Cabbarovun IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordo ilə görüşüb

Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) ilə iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılmasını və dayanıqlı maliyyə imkanlarının təmin edilməsini müzakirə edib.

Operativ Media xəbər verir ki, bununla bağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə baş tutub.

Tərəflər həmçinin vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar.

Görüş zamanı Fondun Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrə nəticələrin təqdimatı olub.

Beynəlxalq təşkilatın nümayəndə heyətinə Azərbaycanda iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar haqqında məlumat verilib.

Избранный
16
12
operativmedia.az

10Источники