RU

"Mən tarixin ən yaxşısıyam və nöqtə!"

"Əl-Nəsr"in portuqaliyalı superulduzu Kriştianu Ronaldu futbol tarixinin ən yaxşı oyunçusu olduğunu bəyan edib.

Fanat.Az xəbər verir ki, onun sözlərini tanınmış insayder Fabritsio Romano şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Karyeramı 920, 925 qolla bitirsəm, bunun mənim üçün xüsusi əhəmiyyəti olmayacaq. Mən tarixin ən yaxşısıyam və nöqtə! 1000 qol həddinə çarsam, əla olar. Bu reallaşmasa belə, yenə hər şey yaxşıdır. Rəqəmlər yalan danışmır".

Xatırladaq ki, Ronaldu 5 dəfə Çempionlar Liqasının, 5 dəfə "Qızıl top" mükafatının qalibi olub. Hazırda 39 yaşlı forvardın hesabında 923 qol var.

Nihat 

Избранный
14
fanat.az

1Источники