RU

HƏMAS İsraili atəşkəsdən yayınmaqda ittiham edir

Fələstinin Həmas hərəkatı İsraili Qəzza zolağında humanitar atəşkəs protokolundan yayınmaqda ittiham edib və müttəfiqlərini vəziyyətə təsir göstərməyə çağırıb.

 

Oxu24.com xəbər verir  ki,bu barədə HƏMAS nümayəndəsi Hazem Qasem hərəkatın Telegram kanalında yazıb.

 

“İşğalçı qüvvələr atəşkəs razılaşmasının humanitar aspektindən yayınmağa davam edir və zəruri ləvazimatların, xüsusən də çadırların, səyyar evlərin, yanacaq və dağıntıların təmizlənməsi üçün nəzərdə tutulan ağır texnikanın ölkəyə girişini qəsdən gecikdirir və əngəlləyir”, - nəşr yazır.

 

HƏMAS İsrailin razılaşmaya əməl etmədiyini bildirib və Misir və Qətəri vasitəçi qismində müdaxilə etməyə çağırıb. Həmçinin, HƏMAS-a görə, hərbi əməliyyatlar Qəzzada bütün infrastrukturun, xüsusən də onun şimal hissəsinin məhvinə gətirib çıxarıb, ona görə də hərəkat humanitar yardımın təmin edilməsini Qəzza razılaşmasının əsas məqsədi hesab edir.

 

Yanvarın 16-da “Əl Ərəbiyyə” qəzeti HƏMAS və İsrail arasında atəşkəs və israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzaladığını bildirib. Yanvarın 17-də HƏMAS atəşkəslə bağlı İsraillə bütün fikir ayrılıqlarını aradan qaldırdığını bəyan edib.

 

Yanvarın 19-da HƏMAS və İsrail arasında əldə olunan razılaşma çərçivəsində Qəzza zolağında atəşkəs elan edilib. Atəşkəsin ən azı 42 gün davam edəcəyi gözlənilir. Bu müddət ərzində 33 girov İsrailə qaytarılmalıdır, yəhudi dövləti isə 1000-ə yaxın fələstinli məhbusu azad etməyi öhdəsinə götürüb.

 

Bundan əvvəl HƏMAS-ın daha bir israilli girovu azad etdiyi bildirilirdi.

 

Nigar

 

Избранный
9
oxu24.com

1Источники