RU

Ruben Vardanyan Ukraynaya qarşı da qanunsuz əməllər törədib - Ali Radadan İDDİA

Ukrayna Ali Radasının deputatları hazırda Azərbaycanda həbsdə olan və məhkəmə prosesi davam edən Ermənistan vətəndaşı Ruben Vardanyanın Ukraynaya qarşı da qanunsuz əməllər törətdiyini iddia ediblər.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, Azərbaycanda Vardanyana qarşı məhkəmə prosesinin başlaması Ali Radanın deputatlarının diqqətini cəlb edib və onun cinayətkar fəaliyyətinin beynəlxalq xarakterinə diqqət yetirməyə dair çağırışlara başlayıblar.

Qeyd edək ki, 2022-ci ildə Ukrayna Prezidenti Volodimir Zelenskinin fərmanı ilə Vardanyan Ukraynanın sanksiya siyahılarına daxil edilib.

2023-cü ildə Ukrayna Təhlükəsizlik Xidməti onu "rus-faşist işğalçılarının və terrorçuların əlaltısı" xarakteristikası ilə "Mirotvorets" saytının məlumat bazasına daxil edib. 

Bizim.Media

Избранный
75
bizim.media

1Источники