"Yuventus" futbolçusu Kenan Yıldızın satış qiymətini müəyyənləşdirib. 

Offsideplus.az xəbər verir ki, "Qoca Sinyora" türk ulduzun dəyərini 100 milyon avro civarında qiymətləndirib. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb. 

Qeyd edək ki, Türkiyə millisinin üzvünün Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu ilədəkdir.