RU

Lavrov: Ukraynada müharibə bu səbəbdən başladı

Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlarına başlamasının səbəblərindən biri ABŞ-nin Şərqi Avropada "qaydalara əsaslanan yeni nizam” konsepsiyasının tərkib hissəsi olan geosiyasi ekspansiyası olub.

SeherXeber.org xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov bildirib ki, ABŞ-nin 41-ci prezidenti, “soyuq müharibədə qələbədən” məst olmuş Corc Buş 1990-cı ilin sentyabrında Konqresin hər iki palatasındakı çıxışında yeni dünya nizamının formalaşmasını bəyan edib. 

"Qaydalara əsaslanan yeni nizamın təzahürlərindən biri ABŞ-nin Şərqi Avropanın geosiyasi inkişafına doğru kursu olub və bunun partlayıcı nəticələrini xüsusi hərbi əməliyyatla aradan qaldırmağa məcburuq”, - Lavrov qeyd edib.

Mürtəza

SeherXeber.org

Избранный
2
3
seherxeber.org

4Источники