RU

Qazaxıstandan İLKİN HESABAT -AZAL-ın təyyarəsi vurulub

Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin iştirakı ilə baş vermiş aviasiya hadisəsinin araşdırılması üzrə ilkin hesabatı dərc edib.

 

Sfera.az xəbər verir ki, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.

 

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb. ("Report")

Избранный
4
7
sfera.az

10Источники