RU

Əsədin naziri yeni hökumətə təslim oldu

Suriyanın keçmiş daxili işlər naziri Məhəmməd əl-Şaar ölkənin yeni hakimiyyət orqanlarına təslim olub.

Modern.az xəbər verir ki, bu barədə Suriyanın “Əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Əl-Şaar 2011-2018-ci illərdə Suriyanın daxili işlər naziri vəzifəsində çalışıb.

2024-cü il noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə qarşı genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, bundan sonra prezident Bəşər Əsəd istefa verib və ölkədən qaçıb.

"Cebheinfo.az"

Избранный
8
3
cebheinfo.az

5Источники