"Qarabağ" qış transfer dönəmindəki səssizliyini pozmağa hazırlaşır.
Publika.az matc.az-a istinadən xəbər verir ki, Ağdam klubu yeni transferə yaxındır.
Belə ki, sabiq futbolçu Kadi Borges "Qarabağ"a qayıtmaq üzrədir. Ötən ilin yayında Macarıstanın "Ferensvaroş" klubuna keçən braziliyalı vingerin "Qarabağ"la danışıqlarının müsbət yekunlaşdığı söylənilir. Yaxın günlərdə keçidin rəsmiləşməsi gözlənilir. Lakin transferin detalları hələ bəlli deyil.