RU

Alimlər dəhşətli təhlükə ilə bağlı xəbərdarlıq etdilər: Çox tez baş verdi

Durham Universitetinin Coğrafiya kafedrasının dosenti Tom Çadli bildirib ki, dinamik dəyişikliklər səbəbindən dəniz səviyyəsi 2300-cü ilə qədər on metr yüksələ bilər.

News24.az xəbər verir ki, alim bu barədə “Guardian”a müsahibəsində deyib. O qeyd edib ki, 2100-cü ilə qədər dinamik qeyri-sabitlik dəniz səviyyəsinin bir metrə qədər qalxmasına səbəb ola bilər.

"Və 2300-ə, on metrə qədər", - Çadli vurğulayıb.

Onun sözlərinə görə, 2016-2021-ci illər arasında Qrenlandiyanın buz təbəqəsi iqlim dəyişikliyi səbəbindən hər zamankından daha sürətli çatlamağa başlayıb. Bundan əlavə, beş il ərzində artıq mövcud olan çatlar da böyük ölçüdə artmışdır.

“Bu, çox tez baş verdi. Alimlər bir araşdırma apardılar və onilliklər miqyasında hansı dəyişikliklərin baş verə biləcəyini öyrəndilər. İndi isə biz bunun cəmi beş il ərzində baş verdiyini görürük”, - deyə alim vurğulayıb.\\publika.az


Избранный
15
24
news24.az

10Источники