RU

SEPAHSIZ İRAN

 

Azərbaycan-İran münasibətlərində yarımçıq cümlələr çoxdu.

Bu cümlələri bitirmək yox...tamamlamaq lazımdı.

Prezident İlham Əliyevin köməkçisi Hikmət Hacıyev deyəsən bütün bu yarımçıq cümlələri yeni sintaksis qaydalarıyla yazmaq tərəfdarıdır.

Yeni səfirlik binası nəhayət öz qapılarını açdı.

Münasibətlərimiz keçdi yeni abzasa.

Bu yeni abzasda ənənəvi siyasi repertuar yoxdu.

Görüşlər, ənənəvi dini, filoloji, mücərrəd marşrutlardan yan ötməyi ilə yadda qaldı.

Sepahçı, dini ünvanlar yoxdu bu görüşlərdə.

Siyasi dialoq əsasən İran liberalları, prezident Məsud Pezeşkianla aparıldı.

Yəni Cavad Zərif dəstəsiylə.

Cavad Zərif haşteqi bu gün dünyada ən bərkgedən, tirajlanan rəmzdir.

Nüfuzlu “The ekonomist” jurnalındakı son məqaləsində Cavad Zərif müsəlmanlara Qərblə yeni dialoq standartları təklifini verib. O cümlədən Qərbi Asiya ölkələrinə. Yəni elə Azərbaycana da.

Diplomatiyamızın son Tehran səfəri də bax bu məqalədən sonra baş tutub.

Hikmət Hacıyevin görüşdüyü İran Xarici Əlaqələr üzrə Strateji Şurasının sədri Kamal Hərrazi də liberal düşərgə nümayəndəsidir.

Cavad Zərif dəstəsi son zamanlar Azərbaycan mövzusundan öz xeyri üçün geniş istifadə edir.

Ötən ilki prezident seçkilərində Cavad Zərifin Ərdəbilə gedib orda Şah İsmayılın məzarını ziyarət etməsi təsadüfü deyildi.

Azərbaycan seçicisinə xoş məramlı mesajdı.

Daxildəki Azərbaycan kartıyla oyun, lebarallara qələbə gətirdi.

Pezeşkian prezident seçildi azərbaycanlıların səsiylə.

Ancaq, bayaq dediyim kimi Azərbaycan ilə İran arasında cümlələr yarımçıqdı.

Təbrizlə başlanan dialoq, Bakıda tamamlanmalı, ən azı davam etməliydi.

Hikmət Hacıyevin son İran səfəri bax bu süjeti tamamladı.

Təbriz, Zərif-Pezeşkian düşərgəsinə daxili qələbə verdi.

Bakı ilə başlanan yeni dialoq isə Cavad Zərif dəstəsinə xarici münasibətlərdə yeni üfüqlər, yeni qələbələr vəd edir.

Beləliklə, mahir siyasətçi Cavad Zərif hər iki Azərbaycan kartından öz siyasi mənafeləri üçün istifadə etmək niyyətini heç gizlətmir də.

Bakı, deyəsən bu yeni dialoqa hazırdır.

O ki, qaldı İran konservativ, dini, sepahçı qüvvələrinə...

Sepahçılar, İran konservatorları bu gün “məğlub” haşteqlidirlər.

Əvvəlllər, Sepah casusları Beyrut, İrəvan aeroportlarında müvafiq nəzarət mexanizmlərindən keçmirdilər. Vebkameraların gözü kor olurdu sepahçıları görəndə.

İndi isə, bütün diplomatik yükləri belə skan edilir.

Dünən bu vacib siyahıya 9771 saylı Paris-Tehran, 9770 saylı Tehran-Paris reysləri də əlavə edildi.

Ləğv edildi.

Avropa İttifağı “İran AİR” avidaşıyıcısına qarşı sanksiyalar tədbiq etdikdən sonra Fransa tərəfi bu qadağanı birtəhər neytralaşdırmaq, Sepahla öz gizli sazişini davam etdirmək istəyirdi.

17 dekabrda İran tərəfi ilə yeni müqavilə də bağlamışdılar. Ancaq son məqamda uçuşlar qadağan edildi.

Yəni, Sepah üçün bu vacib xarici marşrut, dünyaya çıxış pencərəsi də qapadıldı.

İsveçrə bankları “Hisbullah” qara kassalarını da eyni vaxtda dondurdular.

Sepahın üzünə bütün qapıların, dəliklərin, kassaların bağlandığı belə bir çətin dar məqamda Azərbaycan nümayəndə heyəti Tehrana səfər etdi.

Sepah ünvanlarından  yan ötdü.

İran liberalları ilə münasibətləri yeni abzasdan başladı.

Sepahın ilk xarici məğlubiyyəti əvvəl, sftə Qarabağdan başladı.

2020-ci ildə.

Sonra 2021-ci il Əfqannistan hadisələri ilə davam etdi.

İndiki Suriya mğlubiyyəti ilə öz məntiqi sonluğunu tapdı.

Xaricdəki məğlubiyyətlər, daxildəki nüfuzun azalmağı ilə müşayət olundu.

Azərbaycan nümayəndə heyəti master klass nümayiş etdirərək fürsəti qaçırtmadı.

Sepahsız yeni İran münasibətlərinə start verdi.

Hikmət Hacıyevin son İran səfəri yeni dramaturgiya verdi münasibətlərimizə.

Избранный
11
anspress.com

1Источники