RU

AZAL-ın qəzaya uğrayan təyyarəsi Qroznıya qədər tam uçuşa yararlı vəziyyətdə olub

Bakı. Trend:

25 dekabr 2024-ci il tarixində Azərbaycan Respublikasının Bakışəhərindən Rusiya Federasiyasının Qroznı şəhərinə J2-8243 reysiüzrə müntəzəm uçuş həyata keçirən “Azərbaycan Hava Yolları” QSC-yəməxsus və dövlət reyestrində 4K-AZ65 nömrəsi ilə qeydiyyata alınmışEmbraer 190-100 IGW tipli sərnişin hava gəmisi uçuşa başladıqda vəQroznıya qədər olan uçuş hissəsində tam uçuşa yararlı vəziyyətdəolub.

Trend xəbərverir ki, bu barədə AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi iləbağlı aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.

Qeyd edilir ki, hava gəmisinin, o cümlədən onun idarəetməsisteminin uçuşa yararlılıqla əlaqədar bu məlumatlar FDR vasitəsiləöz təsdiqini tapmışdır.

"Hava gəmisinin mühərriklərinin hər ikisi qəza anına qədər hərhansı texniki problem olmadan çalışmışlar. Bu məlumat FDRvasitəsilə təsdiq olunmuşdur", - deyə hesabatda qeyd edilir.

Məqalədə:
Избранный
8
6
az.trend.az

7Источники