RU

Bakıdakı “Rus Evi”nin qeydiyyatı yoxdur - "Qanuni əsas olmadığından fəaliyyəti dayandırılmalıdır" VİDEO

Azərbaycanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən "Rossotrudniçestvo"nun Bakıdakı "Rus Evi"nin binasını nəzarətə götürülməsi ilə bağlı xəbərlər yayılıb. Hətta qeyd edilir ki, bununla bağlı müşahidə kameraları quraşdırılıb və binaya əməliyyat nəzarəti də həyata keçirilir. Belə bir addımın atılmasının isə bir sıra səbəbləri olduğu bildirilir.

Xezerxeber.az-ın məlumatına görə, “Rus Evi” və onun statusu ilə bağlı məsələdən danışan  hüquqşünas Əmir Əliyev bildirir ki, “Rus Evi”nin saytında əsas məqsədləri humanitar təsirin gücləndirilməsi olduğu qeyd edilir. Hüquqşünas deyir ki, humanitar təsirin gücləndirilməsi müxtəlif məqsədlər güdə bilər və bu dövlətin daxili işlərinə qarışmaq hesab edilir. Dövlətin daxili işlərinə qarışmaq isə beynəlxalq hüquqla tam qadağan edilir. Suveren dövlətlər daxili işlərinə aid olan istənilən məsələnin həllində tam müstəsna səlahiyətlərə malikdir.

Hüquqşünasın sözlərinə görə, diplomatik missiyaya birmənalı şəkildə aidiyəti olmayan, qeydiyyatı da müvafiq qanunvericiliyə uyğun aparılmayan “Rus Evi” ilə bağlı atılan addımlar milli qanunvericiliklə yanaşı, beynəlxalq hüquqa da tam uyğundur.

Əmir Əliyev bildirir ki, istənilən bir ölkədə fəaliyyət göstərən bu cür nümayəndəliklər həmin dövlətin fəaliyyət istiqaməti ilə bağlı məsələlərə də həssaslıq nümayiş etdirməlidir. 

Onu da qeyd edək ki, yayılan məlumatlarda həmçinin bildirilir ki, “Rus Evi”nin məxsus olduğu "Rossotrudniçestvo"ya 1990-cı il yanvarın 20-də Bakıda dinc əhalinin kütləvi qırğınının təşkilatçılarından biri olmuş Yevgeni Primakovun nəvəsi kiçik Yevgeni Primakov rəhbərlik edir. Belə olan halda Azadlıq meydanının bir addımlığında yerləşən bu evin fəaliyyətinin dayandırılması qaçılmazdır.

Bu arada "Rus Evi"nin yerləşdiyi binanın üzərində adının rus dilində yazılması ilə bağlı aidiyyəti qanunvericilik aktları ilə Dövlət Reklam Agentliyi tərəfindən qanunamüvafiq tədbirlər görüləcək. Məlumata görə, reklamın mətnində digər dillərdən istifadə olunduğu halda xarici dildə olan mətn dövlət dilində olan mətndən sonra yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu sahədən böyük olmamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
18
xezerxeber.az

1Источники