RU

"Benfika"nın hücum futbolu oynaması..." - Andrea Belotti

"Komo"nun cari mövsümün sonunadək "Benfika"ya icarəyə verdiyi hücumçu Andrea Belotti fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini Portuqaliya klubunun rəsmi saytı belə çatdırıb:

"Mövsümü əla bitirəcəyimə ümid edirəm. Qarşıda çox sayda oyun, çox sayda mükafat qazanmaq şansı var. Unudulmaz mövsüm keçirəcəyimə ümidliyəm. Komandanın hücum futbolu oynaması mənim də məhsuldarlığıma təsir edə bilər. "Benfika" hücum etməyi sevən kollektivdir. Hər oyuna qələbə üçün çıxan komandaya qoşulmuşam. Elə buna görə də "Benfika"ya gəlməyə qərar verdim. Milli və böyük klublarda qazandığım təcrübə sayəsində inkişaf edə bilmişəm. Onu deyə bilərəm ki, bu komandaya faydalı olmaq üçün əlimdən gələni etməyə hazıram".

Nihat

Избранный
7
fanat.az

1Источники