Bu gün qadın voleybolçular arasında təşkil olunmuş Azərbaycan çempionatında (Yüksək Liqa) 9-cu turun oyunları keçirilib.
Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.
Günün ilk matçı UNEC Voleybol Klubunun idman zalında, digər görüşlər Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.
Son iki pillədə qərarlaşan komandaların duelində UNEC “Gəncə”ni qəbul edib. Gəncəlilər autsayderlə görüşdə çətinlik çəkməyiblər. Ölkənin ən köklü klubu “Azərreyl” çempionatın lideri “Abşeron”la üz-üzə gəlib. Bu görüşdə “dəmiryolçular liderlə bacarmayıblar.
Tura “Murov” – “Milli Aviasiya Akadekiyası” matçı ilə yekun vurulub. Qonaq komanda quru hesabla qalib gəlib.
Yüksək Liqa
9-cu tur
4 fevral
UNEC – “Gəncə” 0:3 (14:25, 17:25, 12:25)
UNEC Voleybol Klubunun idman zalı.
“Azərreyl” – “Abşeron” 1:3 (25:15, 20:25, 19:25, 14:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
“Murov” – “Milli Aviasiya Akadekiyası” 0:3 (17:25, 17:25, 15:25)
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzi.
Xallar: Abşeron – 23. Milli Aviasiya Akadekiyası – 21. Gəncə – 14. Azərreyl – 12. Murov – 11. UNEC – 0.