RU

Azərbaycan millisinin baş məşqçisi: “Bu, bizim xəstəliyimizdir”

Azərbaycan millisi futzal üzrə 2026-cı ildə keçiriləcək, Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Yunanıstanla qarşılaşdı.

Futbolpress.az xəbər verir ki, Bakıda baş tutan görüş 2:2 hesabla yekunlaşdı. Azərbaycan millisinin baş məşqçisi Vitali Borisov heç-heçədən sonra fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:

– Qələbə qazanmaq istəyirdik. Yaxşı başladıq. İlk dəqiqələrdəcə qol vurduq. Lakin sonra üstünlüyümüz dayandı. 5-ci oyunçumuzu çıxartdıq ki, daha yaxşı oynayaq. Amma alınmadı. İkinci hissəyə də fəal başladıq. 2-ci qolu da öz səhvimizdən gördük.

– Xal itkisindən sonra şanslarınız qalıb?

– Şansımız qalıb. Qarşıda iki oyunumuz var. Əgər qələbə qazansaq, xal ehtiyatımı 8-ə çıxacaq. Ancaq bu təkcə bizdən asılı olmayacaq. Rəqiblərimizin də xal itirməsi lazımdır.

– Niyə 10 dəqiqə ərzində 1 fol ala bilmədik?

– 5 nəfərlə oynayırdıq. Hücumda olduğumuza görə fol qazanmaq elə də asan deyil.

– Qapıçını oyunçu kimi meydanlarda gördüyümüz oyunlarda, adətən kombinasiyalı epizodlar qeydə alınır. Ancaq bu dəfə bunu görə bilmədik…

– Məşqlərdə bunu çox işləmək lazımdır. Əgər bir ötürmə iki dəfə getmirsə, müdafiəni sındırmaq çətindir. Bizdə də bu, alınmadı. Daha çox çalışmalıyıq.

– 3 nömrəli oyunçunuz çox az oynadı…

– Kənan Manafov zədəlidi. Onu 5-4 oynamaq üçün götürdük. İynəli vəziyyətdı çıxdı meydana. 

– Maraqlıdı Seymur Məmmədov komandanın ən təcrübəli oyunçularından biridir. Ancaq onu meydana çıxartmadız…

– Seymuru 15 ildir ki, tanıyıram. O, 4-5-i daha yaxşı oynayır. Bu sistemdə o, oynaya bilməyəcəkdi.

– Qapı önünə ötürmələr bizdə yoxdur…

– Bu bizim xəstəliyimizdir. Oyunçular bombardir olmaq istəmir. Çörəy ordadır. İkinci dirəyin arxasına getməkdə sanki çəkinirlər.

Mirkamal Kazım

Избранный
14
futbolpress.az

1Источники