İsveç məktəbində atışma nəticəsində 10 nəfər həlak olub.
Teleqraf.com xəbər verir ki, məlumat İsveç polisinin saytında dərc olunub.
Məlumatda deyilir: “Hadisə nəticəsində 10-a yaxın insan həlak olub. Hazırda onların şəxsiyyətləri müəyyənləşdirilir. Qurbanların dəqiq sayı məlum deyil”.
Ölənlərdən birinin atəş açan şəxs olduğu ehtimal olunurt. Hadisəni törədən şəxsin təkbaşına hərəkət etdiyi güman edilir.
Hadisə fevralın 4-ü günorta saatlarında baş verib.
Müəllif: Teleqraf.com