RU

Bu il “Avroviziya” təmsilçilərimiz onlardır

Bu il Azərbaycanı “Avroviziya 2025” musiqi yarışmasında “Mamagama” qrupu təmsil edəcək.

Bu barədə Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri Nurlana Cəfərova və media rəhbəri Turab Teymurov məlumat verib.

Bildirilib ki, qrup rok, pop və ənənəvi Azərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır.

“Mamagama” 2021-ci ildə yaradılıb. Qrup beynəlxalq musiqi festivallarında və müsabiqələrində göstərdiyi performansları, o cümlədən 2022-ci ildə Albaniyada keçirilən “Kënga Magjike” beynəlxalq musiqi festivalında uğur qazanıb.

“Mamagama” 3 nəfərdən ibarətdir:

Asəf – Frontmen və əsas vokalçı,

Hass – Gitara ifaçısı,

Arif – Zərb alətləri.

Qeyd edək ki, beynəlxalq musiqi yarışması bu il İsveçrənin Bazel şəhərində keçiriləcək.

"Cebheinfo.az"

Избранный
6
30
cebheinfo.az

10Источники