RU

Millimizin futbolçularına böyük məbləğdə bonuslar verilməyəcək

“Milli komandaya böyük məbləğdə bonuslar verilmir, verilməsi də nəzərdə tutulmur”.

Msport.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

“CBC Sport” telekanalının qonağı olan milli assosiasiya rəsmisi yığmamızın DÇ-2026-nın seçmə mərhələsində güclü qrupda yer aldığını bildirib: “Bildiyiniz kimi, millimiz martın 25-də Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək. Komandamız DÇ-2026-nın seçmə mərhələsində güclü qrupa düşüb. Buna baxmayaraq, məşqçi heyətimizdən və komandamızdan meydana qələbə üçün çıxmasını gözləyirik. Düzdür, rəqiblər güclüdür. Ancaq rəqibin adına baxmadan meydana çıxıb qələbə üçün mübarizə aparmaq lazımdır”.

Qeyd edək ki, millimizin DÇ-2026-nın seçmə mərhələsindəki rəqibləri Ukrayna, İslandiya, həmçinin UEFA Millətlər Liqasının 1/4 final mərhələsinin Fransa – Xorvatiya cütünün qalibi olacaq.

Избранный
11
msport.az

1Источники