RU

Əminə Ərdoğan Şaraanın xanımı ilə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan Suriya lideri Əhməd əl Şaraanın xanımı  Lətifə Əl Durubi ilə görüşüb.

Qaziler.az TRT-Haber-ə istinadən bildirir ki, Əminə Ərdoğan sosial media hesabında Suriya Müvəqqəti Hökumətinin başçısı Əhməd Şaranın həyat yoldaşı Lətifə Əl Durubi ilə görüşü ilə bağlı paylaşım edib.

Əminə Ərdoğan paylaşımında bu ifadələri işlədib:

“Bu gün ölkəmizdə rəsmi səfərdə olan Suriya Ərəb Respublikası Prezidentinin hörmətli xanımı Lətifə Əl Durubini qəbul etməkdən çox xoşbəxt oldum.

Humanitar yardım, sosial həmrəylik, qadınların səlahiyyətlərinin artırılması və təhsilin rolu kimi bir çox mühüm məsələlərdən danışmaq imkanımız oldu.

Xüsusilə, bütün dünyada müharibədən ən çox əziyyət çəkən qadınlar və uşaqlar üçün birlikdə atacağımız addımları müzakirə etdik.

Mən bəyan etdim ki, biz Suriyanın yenidən qurulması və yaralarının sağaldılması prosesində keçmişdə olduğu kimi bu gün də Suriya xalqının yanındayıq.

İnanıram ki, sülh və sabitliyin hökm sürdüyü gələcək birgə səylərin nəticəsidir və ümid edirəm ki, bu yolda atılan hər bir addım region xalqları üçün əbədi ümid olacaqdır”.

QAZİLER.AZ

Избранный
13
6
qaziler.az

10Источники