RU

Avtomobil tullantıları ilə bağlı “qaynar xətt” yaradılacaq…

Belarusda həyətdə saxlanılan atılmış avtomobil barədə Dövlət Nəzarəti Komitəsinin qaynar xəttinə məlumat verə bilərsiniz. SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə, nəzarət qurumu fevralın 4-dən 5-dək yaşayış binalarının həyətyanı sahələrində və digər ərazilərdə qalan istifadəsiz avtonəqliyyat vasitələrinintəşkili ilə bağlı “qaynar xətt” keçirəcək.

Bu, Dövlət Nəzarəti Komitəsindən bildirilib.

Vəkomitə həmçinin belə faktlarla bağlı mesajların (ünvan və foto təsdiqlə) Dövlət Nəzarət Komitəsinin Telegram kanalının çat botuna göndərilməsini də xahiş edib.

Təbii ki, gözəl təşəbbüsdür.

Nə bilmək olar, bəlkə bir gün Bakıda da belə bir təşəbbüs formalaşar. Deyim ki, yaşadığım Yasamal rayon ərazisində də illərdir istifadəsiz qalıb çürüməkdə olan avtonəqliyyat vasitələri ilə rastlaşmaq olar.

Nazlı Almuradova

Избранный
7
sia.az

1Источники